Cüdoçumuz qızıl medal qazandı


  • 17:53 / 15 08 2022 |
  • Bölmə: İdman


Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

"
Rupor" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib. 




Oxşar xəbərlər