"Barselona"da təcili iclas: Messi gedir?


  • 23:21 / 25 08 2020 |
  • Bölmə: İdman


“Barselona”nın kapitanı Lionel Messinin komandadan ayrılacağı haqda növbəti xəbər yayılıb.

"Rupor"un Qol.az-a istinadən məlumatına görə, argentinalı hücumçu Kataloniya klubunu tərk etməklə bağlı qəti qərar verib.

Lionel Messinin kluba bununla bağlı faks göndərdiyi bildirilib. Qeyd olunub ki, 33 yaşlı futbolçu hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istəyir. Hücumçunun komandanın yeni mövsüm üçün hazırlıqlarında iştirak etməyəcəyini də kluba bildirdiyi iddia edilir.

“Football Espana” isə yazır ki, “Barselona” Lionel Messinin komandadan getmək istədiyini təsdiqləyib. Lakin Kataloniya klubu komandanın liderini bu fikrindən daşındırmaq üçün bütün imkanlardan istifadə edəcəyi bildirilib.

Artıq “Barselona” rəhbərliyi Lionel Messinin komandada saxlanılması üçün təcili iclas çağırıb. Klub prezidenti Xosep Bartomeunun isə Lionel Messinin müqaviləsini ləğv etməsinə qanuni şəkildə mane olmaq istədiyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan və 2004-cü ildən əsas komandada çıxış edən Lionel Messi ilə PSJ, “Mançester Siti” və “İnter” maraqlanır.



Oxşar xəbərlər