Ronaldo ərəb klubunun təklifini qəbul etmədi


  • 09:22 / 13 09 2022 |
  • Bölmə: İdman


İngiltərənin "Mançester Yunayted" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından təklif alıb.

Adı açıqlanmayan klub 37 yaşlı hücumçuya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Lakin portuqaliyalı forvard rədd cavabı verib. Ronaldu təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Təcrübəli hücumçunun az forma şansı qazandığı üçün mövsümün sonunadək ayrılma "qırmızı şeytanlar"dan ehtimalı yüksəkdir.

Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldunu yerli çempionata gətirmək istədiyini bildirib.

Qeyd edək ki, hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. (Report)




Oxşar xəbərlər