Qurban Qurbanovun oğlunun fotosu UEFA-nın rəsmi saytında


  • 19:26 / 22 09 2022 |
  • Bölmə: İdman


UEFA Avropa Liqasının rəsmi səhifəsi Qurban Qurbanovun oğlu Musa Qurbanlının fotosunu paylaşıb.

Nüfuzlu futbol təşkilatı “Qarabağ”ın oyunçusunun “Zirə” ilə qarşılaşmada vurduğu qoldan sonra etdiyi hərəkəti paylaşaraq bunları yazıb:

“Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi”.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Musa Qurbanlı "Zirə"ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 4 qola imza atıb. Bununla da Qurban Qurbanovun oğlu Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub. (“Qafqazinfo”)







Oxşar xəbərlər