Son təyinatında cəmi 10 gün baş məşqçi oldu


  • 22:09 / 22 09 2022 |
  • Bölmə: İdman


Estoniyanın "Levadiya" komandasının baş məşqçisi Maksim Kaliniçenko istefaya göndərilib.

Klubun rəsmi saytına istinadən verilən xəbər ə görə,  ukraynalı mütəxəssis təyinatından cəmi 10 gün sonra qovulub.

Tallin təmsilçisinin rəhbərliyi futbolçularla söhbətdən sonra bu qərarı qəbul edib. Klub prezidenti Viktor Levada hesab edir ki, komanda Kaliniçenkonun rəhbərliyi altında uğur qazana bilməz

Qeyd edək ki, Maksim Kaliniçenko "Levadiya"nın sükanı arxasında cəmi 1 oyuna çıxıb. Paytaxt təmsilçisi həmin qarşılaşmada "Kuressaare"yə uduzub.(Report)




Oxşar xəbərlər