Hansı komandalar necə cəzalandırıdı - Davalar, söyüşlər...


  • 16:02 / 23 09 2022 |
  • Bölmə: İdman



AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb. “Rupor” xəbər verir ki, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

Misli Premyer Liqasının VII turunun “Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimə olunub

 “Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən Baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunub.
Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub.
“Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunur.
2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunub

“Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunu
“Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub





Oxşar xəbərlər