Fransa millisi Sumqayıtda meydana çıxır


  • 09:16 / 07 09 2020 |
  • Bölmə: İdman


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Rupor" xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Fransa seçməsini qəbul edəcək.

Görüş sentyabrın 7-i  saat 21:00-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Oyunu türkiyəli hakim Halis Özkahyan idarə edəcək

II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

Qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.



Oxşar xəbərlər