
UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr - Azərbaycan oyununda ilk hissə başa çatıb.
"Rupor"un "Report"a istinadən məlumatına görə, Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
***
UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr - Azərbaycan oyununda hesab açılıb.
Yığmanın kapitanı Maksim Medvedev 29-cu dəqiqədə komandasını önə keçirib.
***
UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr - Azərbaycan oyunu start götürüb.
Nikosiyadakı GSP stadionunda oynanılan matç Bakı vaxtı ilə 22:45-də başlayıb.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub.
