“Təhsil” kuboku uğrunda onlayn turnir başlayır


  • 13:28 / 08 05 2020 |
  • Bölmə: İdman


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-da beynəlxalq “Təhsil” kuboku uğrunda onlayn turnir start götürəcək.

"Rupor" xəbər verir ki, Təhsil Nazirliyinin, Milli Məclisin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək turnirə 17 yaşadək şahmatçılar qatılacaqlar. Turnirdə iştirak etmək üçün Azərbaycan təmsilçiləri ilə yanaşı, 40-a yaxın ölkədən şahmatçılar da qeydiyyatdan keçiblər. Yarışda yüksək reytinqli - dünya və Avropa birinciliklərində medal qazanmış və onlayn Qran-Pri turnirinin final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcəklər. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak hüququna sahibdirlər. Yarışın seçmə mərhələsi mayın 9-da, finalı isə 10-da baş tutacaq.

Turnirin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.




Oxşar xəbərlər