Azərbaycan - Kipr oyununda qol vurulmadı


  • 21:03 / 13 10 2020 |
  • Bölmə: İdman


Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
 
"Rupor" Apasport.az saytına istinadən xəbər verir lki, yığmamız Millətlər Liqasının IV turunda Kiprlə üz-üzə gəlib.
 
Canni de Byazinin yetirmələri II dövrənin ilk matçını Albaniyada keçirib. Yığmamızın ev oyunu ölkədəki komendant vəziyyəti səbəbindən Elbasanda baş tutub.
 
Qrupda buna qədər yeganə qələbəsini Kipr üzərində səfərdə əldə edən (1:0) komandamız oyunboyu böyük üstünlüyə malik olub. Saysız-hesabsız qol şanslarını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətlənib. Hətta görüşün 27-ci dəqiqəsində Qara Qarayev penaltidən də rəqib qapısına yol tapa bilməyib. Nəticədə Kipr qrupda ilk xalını əldə edib.
 
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Monteneqroya qarşı keçirəcək.


Oxşar xəbərlər