Həbib Nurməhəmmədov qalib oldu və karyerasını bitirdi


  • 01:56 / 25 10 2020 |
  • Bölmə: İdman


Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən UFC-254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qeyciyə qalib gəlib.
"Rupor" xəbər verir ki, Nurməhəmmədov ikinci raundda amerikalı rəqibini boğucu fəndlə təslim olmağa məcbur edib.
Qalib döyşçü çıxış edərək anasına söz verdiyi kimi, bu döyüşün onun üçün sonuncu olduğunu açıqlayıb. 32 yaşlı dağıstanlı idmançı UFC tarixində məğlubedilməz qalmaq istədiyini bildirib.




Oxşar xəbərlər