"Qarabağ"ın Avropa Liqadakı oyunu təxirə salındı


  • 19:37 / 08 12 2020 |
  • Bölmə: İdman


"Qarabağ" Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.
"Rupor" klubun rəsmi saytına istinadən məlumatına görə, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.
Ötən həftə koronavirusa yoluxan 7 oyunçu Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub. Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.



Oxşar xəbərlər