Flora Kərimovaya qarşı təxribat?... - Eks-deputat Xalq artistini qınadı, millət vəkili müdafiə etdi |
Bölmə: Xəbər |
Tarix: 03.09.2023 / 14:36 |
Facebook sosial şəbəkəsində Xalq artisti Flora Kərimovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Audiorolikdə Flora Kərimovanın səsi ilə yarırus-yarıazərbaycanca danışan şəxs Türkiyəni və türk paşalarını ötən əsrin əvvəllərində Azərbaycana təmmənalı kömək etdiyinə görə müxtəlif sözlərlə suçlayıb.
Səs yazısının mənbəyi və ilk dəfə kim tərəfindən yayıldığı məlum deyil. Onun harada və nə vaxt lentə alındığı, niyə indi üzə çıxarıldığı bilinmir. Eyni zamanda, səs yazısının doğrudan da Flora Kərimovaya məxsus olduğu da dəqiq deyil.
Qeyd edək ki, səs yazısı Flora Kərimovanın kollaj edilmiş şəkli ilə paylaşılıb və üzərinə təhqiramiz ifadə yazılıb – onu erməni adlandırıblar. Bu isə şübhələnməyə əsas verir ki, kimlərsə Flora Kərimovanı gözdən salmağa çalışır.
RUPOR.AZ-ın məlumatına görə, Flora Kərimova ilə bağlı kollajı sosial şəbəkədə paylaşan sabiq deputat Gülər Əhmədova audiorolikdə danışan şəxsin Xalq artisti olduğunu iddia edib və onu mövqeyinə görə qınayıb.
Gülər Əhmədovanın paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bu paylaşıma görə Gülər Əhmədovaya haqq qazandıranlarla yanaşı, onu mənşəyi məlum olmayan şübhəli səs yazısını yaymaqda ittiham edənlər də olub. İkincilər bunun Flora Kərimovaya qarşı təxribat olduğunu, danışan şəxsin Xalq artisti olmadığını və kimlərinsə düşmən dəyirmanına su tökdüyünü bildiriblər.
Məsələyə millət vəkili Fazil Mustafa da münasibət bildirib.
Deputat deyib ki, Türkiyə ilə bağlı sərsəm fikirlər vaxtilə keçmiş deputat Araz Əlizadə və “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül tərəfindən ortaya atılmışdı:
“Bu sərsəm fikirlər Araz Əlizadə və Hacı Əbdül tərəfindən ortaya atılmışdı və zamanında tutarlı cavablarını vermişik. Kimin söyləməyindən asılı olmayarq yanlışdır. Ancaq bu sözləri onun söyləməsi inandırıcı gəlmir. Ancaq səsi bu dərəcədə bənzətmək olarmı, bilmirəm. Flora xanım sözü ilə deyil, səsi ilə zirvədə olan təkrarolunmaz sənət adamıdır. Sözündə yanlış axtaranların niyyəti də görünür sağlam deyil. Yazılsın ki, səhv deyib, dəyərləndirməsi doğru mənbədən alınmayıb. Ancaq kollaj paylaşıb üzərinə “erməni” yazmanın adı- əxlaqsızlıqdır!”. /modern.az/
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
Bu gün, 19:52
Şəhid dəfnində qəhqəhə çəkərək gülən iş adamı DANIŞDI: "Yanımdakı şəxs..."
Bu gün, 19:50
“Yevlaxlı ər axtarıram” yazıb, küçələrə düşdü - 28 Mayda qəribə "mənzərə" - VİDEO
Bu gün, 18:36
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
---
|