“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” layihəsinin təlimləri yekunlaşdı




      Bölmə: Xəbər Tarix: 04.09.2023 / 17:05

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər yekunlaşdırılmışdır.

Təlimin yekunu olaraq 02 sentyabr 2023-cü il tarixdə Wordl Business Center tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə təşkilatın Sədri Fikrət Yusifov açmış və layihə haqqında ətraflı məlumat vermişdir. Çıxışçı nitqində Mühasibat Uçotu Haqqında qanunun tələbləri, ölkədə uçotun beynəlxalq standartlara keçidi üzrə mövcud vəziyyət, hazırkı təlimin beynəlxalq standartlara keçid baxımından əhəmiyyəti barədə geniş nitq söyləmişdir. Tədbirin gündəliyinə uyğun olaraq təlimçi beynəlxalq standartların mühüm askpektləri, standartların mahiyyəti barədə çıxış etmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır.

Xatırladaq ki , layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

01 avqust 2023-cü il tarixdən başlamış təlimlər 1 ay boyunca davam etmiş, tədris proqramına uyğun olaraq 37 adlı Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə təlim keçirilmiş, təlimə dair müxtəlif sertifikasiya mərkəzlərinin tədris vəsaitləri təlim iştirakçılarına paylanmış, hər bir iştirakçının fərdi inkişaf planı tərtib edilərək beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirakına dair məsləhətlər verilmişdir.

Tədbirin yekunu olaraq təlimdə davamlı olaraq iştirak etmiş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmişdir.







SON XƏBƏRLƏR
Bu gün, 18:36
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
Dünən, 23:45
BMT-də Qarabağla bağlı müzakirələr başladı - Canlı
Dünən, 23:42
“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti

---