"Deyirdilər ki, guya atam başqa qadınla görüşür" - Siyavuş Aslanın oğlu




      Bölmə: Mədəniyyət Tarix: 05.09.2023 / 23:00

"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük".

RUPOR.AZ  xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!” verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:

"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".

Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub:

"Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı hiss edirdilər. Çox yaraşıqlı insanlar idi. Hamı onlara baxıb, barmaqla göstərirdi.

Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, güya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar haqda qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.

Ayrılsalar da onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər".

Qeyd edək ki, O.Aslan 2010, S.Aslan isə 2013-cü ildə vəfat edib.   /axşam.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---