“Azərişıq” paytaxt və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarladı - Video




      Bölmə: Xəbər Tarix: 06.09.2023 / 11:22

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.

RUPOR.AZ xəbər verir ki, xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilən yenilənmələrlə yanaşı abonentlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır. Görülən tədbirlərə baxmayaraq, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. “Azərişıq” ASC əməkdaşları sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb.

Abşeron rayonunda iki ayrı fərdi yaşayış evində sayğaca baxış zamanı məlum olub ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Həmçinin Xəzər rayonunda, Maştağa kəndində və Balakən rayonunda fərdi yaşayış evlərinə baxış keçirilərkən evlərə sayğac sxemindən kənar xətt daxil olması aşkarlanıb.

“Azərişıq” ASC tərəfindən Ağstafa rayonunda sayğaclara aylıq baxış keçirilən zaman fərdi yaşayış evində sayğacın giriş çıxış xəttlərinin eyni yuvada birləşdirildiyi müəyyən olunub.

Fərdi yaşayış evləri ilə yanaşı obyektlərdə də elektrik enerjisindən qanunsuz istifadə halları aşkar edilib. Zirə qəsəbəsində yerləşən marketlərin birində, Şirvanda isə gözəllik salonunda obyektlərə sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilib.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC mütəmadi monitorinqlər keçirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Abonentlər bilməlidirlər ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanların həyat və sağlamlığı üçün təhlükəlidir.






SON XƏBƏRLƏR
Bu gün, 19:52
Şəhid dəfnində qəhqəhə çəkərək gülən iş adamı DANIŞDI: "Yanımdakı şəxs..."
Bu gün, 19:50
“Yevlaxlı ər axtarıram” yazıb, küçələrə düşdü - 28 Mayda qəribə "mənzərə" - VİDEO
Bu gün, 18:36
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO

---