Messinin məşhur cangüdəni kimdir və işinə görə nə qədər qazanır? (VİDEO)




      Bölmə: İdman Tarix: 07.09.2023 / 01:41

Son günlər Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko, superulduzu ayıq-sayıq şəkildə müdafiə etdiyi üçün sosial mediada populyarlıq qazanıb.

Qaynarinfo-nun "Mirror"a istinadən məluamtına görə, cangüdən "İnter Mayami”nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Klubun prezidenti Devid Bekhem ABŞ-də indiyə qədər oynamış ən yüksək profilli futbol ulduzunu qorumaq zərurətini dərk edərək, Messinin təhlükəsizlik detalı kimi Çuekonu tövsiyə edib. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir. Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Sayıqlığı və sürəti ona "İnter Mayami”nin kapitanına yaxınlaşmağa cəhd göstərən potensial "meydança işğalçıları”na tez cavab verməyə imkan yaradır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi internetdə populyarlığını xeyli artırıb.

Çuekonun ABŞ Kubokunun yarımfinalında "Çiçinatti” ilə matçın 97-ci dəqiqəsində hesab bərabərləşərkən vacib müdaxiləsi, sürətli hərəkəti azarkeşlərin diqqətini çəkib və bu sosial mediada viral oub. Müşahidəçi pərəstişkarları cangüdənin argentinalı superulduzun yaxınlığına sürətlə qaçdığını görüblər və dərhal sosial şəbəkələrdə reaksiyalarını paylaşıblar. Cangüdənin sayıq olması, azarkeşlərin diqqətindən kənarda qalmadı və Messinin həm meydanda, həm də ondan kənarda təhlükəsizliyinin təmin edilməsində Çuekonun əhəmiyyətli rol oynadığını vurğuladı.

Messi "İnter Mayami"nin "Los-Anceles Qalaksi” üzərində 3:1 hesablı qələbəsi zamanı iki məhsuldar ötürmə ilə töhfəsini vermişdi. Bu komanda üçün çox vacib oyun idi, çünki MLS-də daha yüksək mövqelərə və pley-offa yüksəldi. Həmin matçda "Barselona”nın rəngində forma geyinmiş bir azarkeş Messiyə yaxınlaşmağı bacarsa da Çueko və başqa bir şəxs superulduzun təhlükəsizliyi üçün cəld müdaxilə etdi.

İyunda "İnter Mayami”nin sahibi Xorxe Mas təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyini qeyd etmişdi. O, oyunçuların avtobuslarda daşınacağını və təhlükəsizliyin təmin olunması üçün xüsusi tuneldən keçəcəyini də bildirmişdi. Bunun nəinki ev, həm də səfər matçları üçün hazırlanmış protokol olduğunu da nəzərə çatdırmışdı. Mas həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinin yalnız oyunlar üçün deyil, gündəlik işin bir hissəsi olacağını vurğulamnışdı. Messi dünya çempionatı öncəsi Argentina millisi ilə Mayamidə hazırlıq keçərkən, oyunçuların təhlükəsizliyi üçün bunun bir model kimi uğurlu tətbiq olduğunu göstərmişdi. Məhz bu tədbirlər nəticəsində indiyə qədər heç kim Messiyə yaxınlaşmaq cəhdində müvəffəqiyyətli ola bilməyib.

Bəs Messini bütün oyunlarda xüsusi şəkildə qoruyan, vacib məqamlarda ona yaxınlaşmaq istəyənlərin qarşısını təhlukəsizlik məqsədilə kəsən Çueko kimdir, əvvəlki həyatı necə olub? Yerli mətbuatda yazılanlara görə, Çueko İraq və Əfqanıstanda Hərbi Dəniz Qüvvələrində (SEAL) xidmət təcrübəsi olan keçmiş ABŞ əsgəridir. Lakin onun "SEAL”dakı veteran statusu ilə bağlı ziddiyyətli məlumatlar yaranıb. Buna baxmayaraq, Çuekonun döyüş sənəti həm meydanda, həm də ondan kənarda özünü göstərib. O, boks və taekvondo ilə məşğul olub. Sosial mediada yazılanlara görə, Çueko Messi və onun ailəsinin təhlükəsizliyi üçün peşəkar şəkildə mübarizə aparır. Messi ilə yaxından əlaqə saxlayır, hətta həyat yoldaşı Antonella Rokkuzzo və uşaqları ilə supermarketdə gündəlik alış-veriş işlərində də onu müşayiət edir.


Mühafizəçi 180.000-dən çox izləyicisi olan İnstaqramda tez-tez intensiv məşq seansları paylaşaraq sosial mediada izləyiciləri ilə fəal şəkildə əlaqə saxlayır. O, həmçinin keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov və digər yüksək səviyyəli idmançılarla birlikdə fotolarını da yayımlayır.






SON XƏBƏRLƏR
Bu gün, 18:36
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
Dünən, 23:45
BMT-də Qarabağla bağlı müzakirələr başladı - Canlı
Dünən, 23:42
“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti

---