Saxlanılan Xocalı soyqırımı iştirakçısı Xaçaturyanın VİDEOSU




      Bölmə: Hadisə / Gündəm Tarix: 30.07.2023 / 10:05

Bu gün Laçında saxlanılan Xocalı soyqırımı iştirakçısı Vaqif Xaçaturyanın videogörüntüləri yayılıb.

RUPOR.AZ xatırladır ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılmasının təmin ediləcəyi bildirilir.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İstintaqla müəyyən edilmişdir ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salınıb.

Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---