Bakı Şəhər İcra Hakimiyyəti yüksək vəzifəli əməkdaşı həbs edildi - DƏLƏDUZLUQ EDİB




      Bölmə: Hadisə Tarix: 18.09.2023 / 19:54

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyeva həbs edilib. 

RUPOR.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Hökümə Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2019-cu ildı Hökümə Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib. Lakin o, verdiyi vədə əməl etməyib.

O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.

Araşdırmalar zamanı X.Əyyubzadə ilə Hökümə Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəlliməsinin tanış etdiyi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.

Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.

Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə həbs cəzasına məhkum edilib.






SON XƏBƏRLƏR
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
Dünən, 23:45
BMT-də Qarabağla bağlı müzakirələr başladı - Canlı
Dünən, 23:42
“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti
Dünən, 22:38
3 həftə şirniyyatsız qaldıqda nə baş verir? - İsrail alimlərindən şok

---