“Euronews” saytı Azərbaycanla bağlı məqalə dərc etdi - FOTO |
Bölmə: Mədəniyyət |
Tarix: 19.09.2023 / 15:27 |
“Euronews” saytının italyan dili bölməsində Azərbaycanın qayalı dağları və ucqar kəndləri haqqında məqalə dərc olunub. RUPOR.AZ xəbər verir ki, yazıda adrenalin dolu gəzintiləri sevənlər, heyrətamiz mənzərələri görmək və macəra yaşamaq istəyənlər üçün 5 əsas istiqamət təqdim edilir.
Bildirilir ki, Azərbaycanda heyrətamiz mənzərələr, sıldırımlı qayalar və ucqar kəndləri arasında dünyanın ən möhtəşəm gəzinti yollarından bir çoxları var.
Vurğulanır ki, macərasevərlərə möhtəşəm mənzərələr arasında sehrli Qafqaz dağlarında, Quba rayonunun Qalaxudat kəndindən Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi olan Xınalığa 8 kilometrlik məsafədə gəzinti təklif olunur. Təxminən 3 saatlıq marşrutun əsas hissəsi Qızılqayanın solğun qayalıqlarına və yamyaşıl Qudyalçay vadisinə açılan geniş və düz yoldur.
Xınalığın Qafqaz regionunun ən qədim yaşayış məskənlərindən biri olduğu, buranın sakinlərinin əsrlər boyu öz dil və mədəniyyətlərini qoruyub saxladıqları bildirilir.
Bildirilir ki, “Qədim memarlığın canlı muzeyi” kimi təsvir olunan Xınalığın sakinləri ənənəvi sənətkarlıqla - toxuculuq, dulusçuluq və xalçaçılıqla məşğul olurlar. Burada ənənəvi samovarda çay süfrəsi verən kiçik çayxana, yaşayış və yemək təklif edən qonaq evləri var. İkinci istiqamət kimi Talış dağlarının qoynunda yerləşən Sım kəndindən eyniadlı şəlaləyə uzanan üç saatlıq və 6,5 kilometrlik yol təqdim olunur. Sım evlərin arasında minillik ağaclar və mamırlı qayalar olan, sakinlərinin arıçılıqla, tərəvəzçiliklə məşğul olduğu və mal-qara saxladığı kənddir. Buradan Hirkan Milli Parkından keçən marşrutla mandarin bağlarından uzanan yolla Xəzər dənizinə nəzər salmaq mümkündür.
Çıraqlıdan Cavadxana gedən 5,5 saatlıq və 13,9 kilometrlik yol isə Çıraqlı kəndindən, Gəncəçayın sahilində, Qoşqar dağının ətəklərindən başlayır. Marşrutun çox hissəsi ağaclar və bitki örtüyünün az olduğu torpaq və dağ yollarından keçir.
Lakin ətrafda möhtəşəm zirvələri - Kəpəz, Qoşqar və Murov dağ silsiləsinin ecazkar mənzərələrindən həzz almaq olar. Cavadxan zirvəsində 1786-1804-cü illərdə hakimiyyətdə olmuş Gəncə xanlığının sonuncu xanı Cavad xanın abidəsi var.
Laza və Kuzun kəndləri arasında yaşıl dərələr və şəlalələrlən keçən 2,5 saatlıq və 6,5 kilometrlik yol isə növbəti istiqamətdir. Bu yol Qusar rayonunun iki qədim yaşayış məskənini birləşdirir.
Qusarçay vadisində gəzinti zamanı sıldırımlı qayalara, şəlalələrə, meşələrə və başı qarlı dağlara heyran qalmamaq mümkün deyil. Yolboyu Qusarçay dərəsinə axan şəlalələrin valehedici mənzərəsindən həzz almaq olar.
Quba-Bakı magistralıilə qərbə, Altıağac dağ kəndinə doğru irəliləyərək, sürreal gözəlliklər vadisindən keçirsən. Hər iki tərəfdə psixodelik qırmızı, çəhrayı, narıncı və tabaşir zolaqları və burulğanları olan yuvarlanan təpələr var. Bildirilir ki, Azərbaycan üzrə ən çox satılan bələdçi kitablarının müəllifi britaniyalı səyahətçi Mark Elliott bu əraziyə “Candy Cane Mountains” adını verib. Möhtəşəm rənglərin süxurdakı dəmir birləşmələrinin tədricən eroziyaya məruz qalması ilə bağlı olduğu qeyd edilir. Bizim.Media






|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
Bu gün, 19:52
Şəhid dəfnində qəhqəhə çəkərək gülən iş adamı DANIŞDI: "Yanımdakı şəxs..."
Bu gün, 19:50
“Yevlaxlı ər axtarıram” yazıb, küçələrə düşdü - 28 Mayda qəribə "mənzərə" - VİDEO
Bu gün, 18:36
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
---
|