İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...




      Bölmə: Xəbər Tarix: 01.08.2023 / 00:14

Xəbər verdiyimiz kimi, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo”ya hadisədən öncə İsgəndərin Rəşada yazdığı mesajların motivləri də bəlli olub.

Məlum olub ki, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib. 

Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrənəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.

İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə türmədə olanda bir nəfərin Rəşad Dağlı haqqında “üzdəniraq” ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə “üzdəniraq” söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib. 

Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:

- “Qaqaş, mənəm İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, “üzdəniraq” söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al”. 

- “Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən”.

“Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm”.

“Rəşad, sən gəlməsən, məcbur olub məhlədən bir-iki nəfəri götürüb söhbətə gedəcəm. Dua elə söhbətimiz sülhlə qurtarsın”.

Rəşad İsgəndərin bu mesajlarından sonra onun Yasamalda lazımsız söhbətlər çıxaracağını düşünərək görüşə razılaşıb. İsgəndər bu zaman ona “boş” gəlməməsini deyib.

Rəşad görüş zamanı İsgəndəri başmaqla görüb və ona “başmaqla söhbətə gedərlər?” deyib. İsgəndər isə “narahat olma” deyərək Rəşadın maşınına əyləşib. 

Rəşad yolda təkidlə ondan ad soruşsa da, İsgəndər ona heç nə deməyib. O, Rəşada həmin adamla özünün görüşməsinə ehtiyac olmadığını deyib:

“Həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapıb, üç min manatı isə qalıb. Üç min manat versən, söhbət bağlanar”.

Rəşad isə cavabında “mən üç min versəm, “üzdəniraq” olmuram, verməsəm, oluram?” sualını verib. Rəşad bundan sonra həmin adamın yanında getməyi tələb etsə də, İsgəndər bundan boyun qaçırıb. O, İsgəndərə “bunun mənə heç bir aidiyyəti yoxdur, bu sözü dəyənlərin yanına gedək, biz buna görə görüşdük axı” deyib.

İsgəndər isə “bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu” sözlərini deyib. Rəşad pul verməyə etiraz edərək, “gedək bu sözü deyənlər mənə bunu sübut etsin” söyləyib.

Rəşadın sözlərinə görə, İsgəndər pul ala bilməyəcəyinə əmin olduqdan sonra, onun ünvanına ağır söyüşlər söyüb. Rəşadın iddiasına görə, İsgəndər maşının sürətlər qutusunun yanına qoyulan bıçağı əlində oynadırmış. Bıçağı da onun əlindən alaraq İsgəndəri vurduğunu deyib.

Rəşad bildirib ki, İsgəndər bu söhbəti pula görə ortalığa atıb. Bu, SMS-lərdə də öz əksini tapıb. 

Qeyd edək ki, məhkəmə zamanı İsgəndər Mehdiyevin yaxınları Rəşad Dağlıdan şikayətçi olmayıb.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---