Azərbaycanda məmurun “AA” nömrəli xidməti maşınının şüşələri sındırıldı - Ailə münaqişəsi




      Bölmə: Hadisə Tarix: 26.09.2023 / 13:47

Azərbaycanda vəzifəli şəxsə dövlət tərəfindən təhkim olunmuş "AA” dövlət nömrə nişanlı avtomobilin şüşələri sındırılıb.  

RUPOR.AZ qaynarinfo-ya istinadən xəbər verir ki,  avtomobil Kəlbəcər Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sahib Verdiyevə məxsus olub. 

Hadisə Gəncə şəhərinin Yeni qəsəbə-1500 adlanan ərazisində, rəisin sürücüsünün ailəsində baş verən münaqişə zəmnində baş verib.  Tural Heydərov (soyad şərti) əsəbiləşərək, Kəlbəcər Rayon Suvarma Sistemləri İdarəsinə məxsus və qaynatası Nurəddin tərəfindən idarə olunan "AA” dövlət qeydiyyat nişanlı "Chevrolet Niva” markalı avtomobilin sol arxa qapısının şüşəsinə və ön şüşəsinə yumruqla bir neçə zərbə vurub. Həticədə şüşələr sınıb və o, qolundan xəsarət alıb. 

Rayonda feldşer vəzifəsində işləyən Tural Heydərov saxlanılıb və işə məhkəmədə baxılıb. Tural Heydərov məhkəmədə ifadəsində bildirib ki, maşına dəymiş ziyanı ödəmək fikri yoxdur. Belə ki, qaynatası Nurəddin bir neçə dəfə həmin avtomobili onun üzərinə sürərək, təhdid edib. Buna görə də, o, dəymiş ziyanı ödəməyib və ödəmək fikri yoxdur. Törətdiyi əməldən peşmandır.

Qarşı tərəf olan Nurəddin Məhərrəmov (soyad şərti) kürəkənin dediklərini təkzib edib və məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Tural Heydərov İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilib.







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---