Avqustun birinci ongünlüyündə hava necə olacaq? - AÇIQLAMA




      Bölmə: Sosial Tarix: 02.08.2023 / 01:24

Avqust ayı ölkəmizdə, adətən, ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb. Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib.

“Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqayisədə 27 dərəcə aşağı olub və Bakıda cəmi 16 dərəcə isti qeydə alınıb. Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub”.

N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq.

“Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 mm yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub”.

Xidmət rəisi əlavə edib ki, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb.

“Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz”.

 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---