240 manat rüşvət almışdı - 7 il 6 ay həbs verildi




      Bölmə: Hadisə Tarix: 07.10.2023 / 11:28

Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirli bilinərək şərti cəza verilmiş əməkdaşı Cavid Məmmədovla bağlı hökmdən verilmiş apellyasiya protestinə baxılıb.

RUPOR.AZ-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı etirazını əsaslandırıb.

Prokuror deyib ki, baxılan iş birinci instansiya məhkəməsində düzgün araşdırılmayıb, törədilən cinayətin ağırlığına münasibətdə yüngül cəza təyin edilib.

İttiham tərəfi çıxışında qeyd edib ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığı, əvvəllər cinayət törətməməsi və gənc olması yüngülləşdirici hal kimi nəzərə alınıb ki, bu da şəxsin islah edilməsi, həm məhkum, həm də digərləri tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz.

Təqsirləndirilən şəxsin vəkili isə protestin rədd edilməsini, müvəkkilinə tətbiq edilmiş şərti cəzanın qüvvədə saxlanılmasını istəyib. Müdafiə tərəfi həmçinin sınaq müddətinin 1 ilə endirilməsini xahiş edib.

Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı, müdafiəçinin şikayətini əsassız hesab edib.

Qərara əsasən, Cavid Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrm edilib. O, məhkəmə zalında həbsə alınıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda da yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 27 iyul tarixli hökmü ilə C.Məmmədova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilmiş, o, məhkəmə zalından azadlığa buraxılmışdı.  /qafqazinfo/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---