Qoşqar Təhməzlinin qardaşının şirkəti ilə bağlı qərar




      Bölmə: Xəbər Tarix: 02.08.2023 / 10:14

Bakı Kommersiya Məhkəməsində "Mecc" MMC-nin "6-cı mərtəbə" müstəqil şirkətinə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraata xitam verilib. Bildirilib ki, şirkətlər arasında barışıq sazişi bağlanıb.

Qeyd edək ki, "Mecc" MMC "6-cı mərtəbə" müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

“6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib. “MECC” MMC “6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər “6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan “MV Group” MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir.

"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır. /pravda,az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---