ÜST-dən XƏBƏRDARLIQ: Meymunçiçəyinə yoluxma 91 mini ÖTDÜ




      Bölmə: Xəbər Tarix: 21.10.2023 / 10:26

Bu ilin sentyabrında dünyada meymunçiçəyi virusuna 860-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bəri yoluxanların ümumi sayı 91 mini keçib, 157 nəfər ölüb.

RUPOR.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yoluxmalarla bağlı məlumat 115 ölkədən alınıb.

“2022-ci il yanvarın 1-dən 2023-cü ilin 30 sentyabrına qədər 115 ölkə, ərazi və regiondan ÜST-yə meymunçiçəyi virusuna 91 min 123 yoluxma, o cümlədən 157 ölüm hadisəsi barədə məlumat verilib”, - təşkilatın Cenevrədə dərc olunmuş sənədində deyilir. Sentyabrın 1-dən sentyabrın 30-dək dünyada 868 yeni yoluxma halı qeydə alınıb ki, bu da avqust ayı ilə müqayisədə 16 faiz azdır. Sentyabr ayı ərzində ən çox yoluxma halı iki regionda - Qərbi Sakit Okeanda (bütün yoluxma hallarının 45 faizi) və Avropada (26,4 faiz) qeydə alınıb.

Sentyabrın 30-na olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 636 hal). Sonrakı yerlərdə Braziliya (10 967), İspaniya (7611), Fransa (4158), Kolumbiya (4090), Meksika (4062), Peru (3812), Böyük Britaniya (3805), Almaniya (3708) və Çin (1794) qərarlaşıb. Ümumilikdə, bu ölkələrin payına yoluxma hallarının demək olar ki, 82 faizi düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 faiz) 29-41 yaş arası kişilərdir.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil.
İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

İlkin simptomlara yüksək hərarət, baş ağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər.  /bizim.media/






SON XƏBƏRLƏR
Dünən, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır
4-12-2023, 16:59
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, qar...
4-12-2023, 16:48
Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA
4-12-2023, 16:44
Xalq artisti Röya: “Dostumun evində də qaldım, paltarını da geyindim” – VİDEO
4-12-2023, 16:39
Dünya “donur”: 100 ilin ən soyuq qışı
4-12-2023, 16:28
Qızılca ilə bağlı pandemiya təhlükəsi var? – Nazirdən AÇIQLAMA
4-12-2023, 16:22
Son günlər hava niyə isti keçir?
4-12-2023, 16:17
30 il Qarabağı qarət etdik, qızıllar hardadır?
3-12-2023, 20:13
Moskvada Sibir soyuğu olacaq

---