Qızıl kəskin bahalaşdı - Qiymət artımı davam edəcək? |
Bölmə: İqtisadiyyat |
Tarix: 28.10.2023 / 01:19 |
Bu gün daxili bazarda 85 əyar qızıl 90-91 manata, 750 əyar isə 115-120 manat arasında satılır. Qiymətlərin bu həddə olması əksəriyyət tərəfindən narazılıqla qarşılanır. Xüsusən də, adətlərimizə uyğun olaraq toy etmək istəyən valideynlər qızıl qiymətlərinin yüksək olması səbəbindən ciddi çətinliklərlə üzləşirlər.
Bəs qızıl qiymətlərindəki artıma səbəb nədir? RUPOR.AZ xəbər verir ki, Bizim.media-nın suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, ölkədaxili bazarda qızılın qiymətləndirilməsinin birjalarla birbaşa əlaqəsinin olduğunu diqqətə çatdırıb:
"Son 10 il ərzində birjalarda qızılın qiymətində dinamik artım müşahidə olunur. Həm ölkəmizdə, həm də dünyada pandemiya dövründən bu günə qədər qızıl son illərin ən bahalı dövrünü yaşayır.
Xam qızılı bahalaşdıran səbəblərdən biri də odur ki, əvvəllər ölkələrin çoxu ehtiyat fondlarını müxtəlif valyutalarda saxlayırdılar. Bəzi ölkələr isə, o cümlədən Türkiyə hökuməti ehtiyat fondlarını qızıl ehtiyatına çevirir. Hətta son bir neçə il ərzində hazırkı ehtiyatlarının üzərinə 30 faizdən artıq ehtiyat əlavə ediblər.
Rusiya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, onlar öz risklərini sığortalamış olurlar. Bu amillər də qızılın belə yüksək səviyyədə qalmasını stimullaşdırır".
Qiymət necə təyin olunur?
Onun sözlərinə görə, birjalarda qızılın qiyməti xammala əsasən müəyyən olunur və onun üzərinə əməkhaqqı gəlir:
"Bəlli olduğu kimi, ölkəyə qızıl əsasən Birləşmiş Ərəb Əmirliyindən, Türkiyədən, digər Yaxın və Uzaq Şərq ölkələrindən gəlir. Həmin ölkələrdəki işçilərin də əməkhaqları məhsulun üzərinə gəlir və satışa çıxarılır. Bu, Azərbaycanda da belədir".
Tələbat yüksəkdir...
Ekspert daxili bazarda ləl-cəvahirat və qızıl əşyalarına tələbatın çox yüksək olduğunu diqqətə çatdırıb:
"Aydın məsələdir ki, qızılın hazırkı qiyməti əhalinin gəlirləri ilə uyğunlaşmır və onları təzyiq altında saxlayır. Bu da xalqımızın adət-ənənələri ilə bağlıdır. Xeyir işlərimiz, nişan mərasimlərimiz, toylarımız, şad günlərimiz həmişə çox olub. Bu mərasimlərin hamısında zərgərlik məmulatları dolub-daşır.
Ölkəmizdə qızıla həm də ehtiyatda olan gəlir mənbəyi kimi baxılır. Ancaq Qərb ölkələrində qızıldan asılılıq sıfır səviyyəsindədir və bu əşyalar onlar üçün heç bir əhəmiyyət daşımır".
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
Dünən, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır
4-12-2023, 16:59
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, qar...
4-12-2023, 16:48
Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA
4-12-2023, 16:44
Xalq artisti Röya: “Dostumun evində də qaldım, paltarını da geyindim” – VİDEO
4-12-2023, 16:39
Dünya “donur”: 100 ilin ən soyuq qışı
4-12-2023, 16:28
Qızılca ilə bağlı pandemiya təhlükəsi var? – Nazirdən AÇIQLAMA
4-12-2023, 16:22
Son günlər hava niyə isti keçir?
4-12-2023, 16:17
30 il Qarabağı qarət etdik, qızıllar hardadır?
3-12-2023, 20:13
Moskvada Sibir soyuğu olacaq
---
|