Bu tarixdə yerə METEOR YAĞACAQ - Azərbaycandan da...




      Bölmə: Xəbər Tarix: 04.08.2023 / 19:18

Kometlər və asteroidlər keçdikdən sonra onların yolunda qalıqları qalır. Yer kürəsi həmin qalıqlardan keçdikdə meteor yağışları baş verir. Belə yağışların ən məşhurlarından biri Perseid meteor yağışıdır. Perseid meteor yağışları hər il iyulun 17-dən avqustun 24-nə kimi davam edir. Perseidin maksimumu ildən asılı olaraq 11, 12 və ya 13 avqusta təsadüf edə bilər.

RUPOR.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofozika kafedrasının məlumatına görə, 2023-cü ildə Perseid meteor yağışının maksimumu avqustun 13-də olacaq. Maksimumda zenitdə saatda 150-yə qədər meteorun görünməsi proqnozlaşdırılır. Perseid meteorlarının geosentrik sürəti 59 km/s qiymətləndirilir.

Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.

Bakıda Perseid meteor yağışının mənbəyi həmişə üfüqdən yuxarıda (batmayan) olduğu üçün meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Meteor yağışının avqustun 13-də günorta saatlarında maksimum aktivliyə çatacağı gözlənilir və ona görə də Azərbaycan ərazisindən ən yaxşı görüntüləri həmin gün səhər açılana qədər və axşam Günəş batandan sonra görmək olar. Yerin öz oxu ətrafında fırlanması nəticəsində səhər saatlarında Bakıya gələn meteorların hərəkəti baxış istiqamətində olacaq. Bu səbəbdən meteorların sayı çoxluq təşkil edəcək. Həm də meteorlar atmosferə şaquli istiqamətdə daxil olacaq və ona görə onların buraxdığı izlər çox qısa görünəcək. Səhər saatlarında Bakı üçün meteor yağışının mənbəyi üfüqdən 63°-69° hündürlükdə görünəcək və buna əsaslanaraq demək olar ki, saatda 130-140-a qədər meteor görünəcək. Digər vaxtlarda isə Bakı üzərində yanan meteorlar daha az olacaq. Lakin bu meteorlar atmosferə bucaq altında daxil olduğuna görə tamamilə yanmazdan əvvəl səmanın böyük bir sahəsini keçə bilən uzunömürlü meteorlar əmələ gətirəcəklər./baku.ws/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---