Parkda döyülən aşıq Namiqdən AÇIQLAMA




      Bölmə: Şou Tarix: 13.11.2023 / 11:28

Xəbər verdiyimiz kimi, aşıq Namiq Fərhadoğlu döyülüb. Məlumata görə, aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Baş verən hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı aşıq Namiqlə əlaqə saxlayıb.
Sənətçi başına gələn olayı belə nəql edib: 

“Bu hadisə şənbə günü səhər saatlarında baş verib. Mən Dədə Qorqud parkı yaxınlığında qalıram. Sülh namazından sonra çıxıb parkda idman edirəm. Parkda gəzərkən telefonla danışırdım, məndən öndə yaşı 65-70 olan qadınlar gedirdi. Birdən mənə bir oğlan yaxınlaşdı ki, sən mənim anama söz atıb, söymüsən.

Mən də cavab olaraq söylədim ki, mənim anam yaşında qadındır. Onunla nə işim ola bilər. Bundan sonra həmin oğlan mənə əl-qol atmağa və dalaşmağa başladı. Məni küçə söyüşləri ilə təhqir etdi. Təbii ki, mən də sakit qalmadım, mən də onu vurdum. Bundan sonra ətrafda olan insanlar bizi ayırmağa başladılar. Orada olan 40 yaşlarında bir xanım vardı. O mənə söylədi ki, biz sizin necə bir sənətçi olduğunuzu bilirik. Sizə hücum edən şəxs narkomandır. Necə gündür qonşumuzun itinə də hücum çəkir.

Biraz ara sakitləşəndən sonra həmin şəxsin Dostluq Kinoteatrı tərəfə getdiyini gördüm. Onun arxasıyca getdim ki, görüm, bu insan kimdir və niyə mənə durduğum yerdə hücum etdi.

Mənə hücum edən şəxs yenə başladı mənə əl-qol atıb, təhqir etməyə və bu anda onun anası dediyi qadın başladı məni telefona çəkib, söyüş söyməyə. Həmin şəxs mənim boğazımı sıxmağa başladı və boğazımdakı boyunbağını dartıb apardı. Sonra mən gördüm ki, hücum edəndə həmin şəxs telefonumun şüşəsini də qırıb. Özümə gəlmək və hadisə ilə bağlı polisə məlumat vermək üçün evə qayıtdım.

Evə çatdığımda 21-ci polis bölməsindən mənə zəng vurub söylədilər ki, bəs, siz bir xanımı və onun oğlunu park ərazisində söyüb təhqir etmisiniz və sizdən şikayət var. Hadisənin necə baş verdiyini onlara izah etdim və məni sözügedən polis bölməsinə çağırdılar.

Hazırda məsələ ilə bağlı araşdırma gedir. Ümid edirəm ki, tez bir zamanda bu məsələ araşdırılaraq öz həllini tapacaq və mənə dəymiş həm mənəvi, həm də maddi zərər ödəniləcək”. 

Qeyd edək ki, aşıq Namiq Fərhadoğlunun döyülmə xəbərini oxu.az saytı yayıb.  






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---