“Göyçədə muxtariyyət tələbi: Mitinqlər vüsət aldı” - VİDEO




      Bölmə: Gündəm Tarix: 19.11.2023 / 12:25

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselsk) rayonunun Ağbulaq kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Ağbulaq kəndinin etnoqrafiyası, əhalisi, coğrafiyası, iqlimi,  kənd-təsərrüfatı, atət-ənənələri, mətbəxi, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, tarixi mənbələrə görə, Ağbulaq kəndinin bünövrəsi XVI əsrin ikinci yarısında qoyulub. Bundan əvvəl Ağbulağın cənub-qərbində, təxminən 1,5 kilometrliyində Yellicə adlı kənd olub. Şahdağın qoynuna sığınmış ən yüksək dağ kəndi olan Ağbulağın ümumi sahəsi 38 kvadrat kilometr, əhalis 1914-cü ildə 982 nəfər, 1986-cı ildə 1500 nəfər olub. Adı 1991-ci ildə dəyişdirilərək Ağperek qoyulub.

Qeyd olunub ki, Ağbulaq Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biridir: “Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olub. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilib. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Kənddə beş korpuslu ən müasir tipli orta məktəb binası, poçt, kitabxana, tibb məntəqəsi, böyük univermaq, avtomat telefon istansiyası, mədəniyyət evi, dəyirman, ağac çəkən mişar və digər ictimai-iaşə obyektləri fəaliyyət göstərib”.

Diqqətə çatdırılıb ki, kənddə 13 000 baş xırda buynuzlu, 2500 baş iribuyluzlu heyvan olub və kəndin iqtisadiyyatında heyvandarlıq başlıca sahə sayılıb.

Vurğulanıb ki, Sovet hakimiyyəti qurulmamışdan əvvəl Məşədi Molla Əlinin və Məşədi Molla Həsənin dini təlim keçən məktəbləri fəaliyyət göstərib: “XIX əsrin sonlarında inşa edilən məscid anbar kimi hələ də qalırdı. 1988-ci il hadisələrində ermənilər tərəfindən dağıdılıb”.

Süjetdə 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı bu oğuz yurdunu kənd əhalisinin erməni separatçılarından necə qorumasına, həmçinin  bayram ənənələri və digər maraqlı faktlara da toxunulur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 18-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.






SON XƏBƏRLƏR
Dünən, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır
4-12-2023, 16:59
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, qar...
4-12-2023, 16:48
Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA
4-12-2023, 16:44
Xalq artisti Röya: “Dostumun evində də qaldım, paltarını da geyindim” – VİDEO
4-12-2023, 16:39
Dünya “donur”: 100 ilin ən soyuq qışı
4-12-2023, 16:28
Qızılca ilə bağlı pandemiya təhlükəsi var? – Nazirdən AÇIQLAMA
4-12-2023, 16:22
Son günlər hava niyə isti keçir?
4-12-2023, 16:17
30 il Qarabağı qarət etdik, qızıllar hardadır?
3-12-2023, 20:13
Moskvada Sibir soyuğu olacaq

---