65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident




      Bölmə: Gündəm Tarix: 07.12.2023 / 15:48

Dekabrın 2-də Naxçıvandakı Beynəlxalq Hava Limanında insident baş verib.

Babək rayonunun Qahab kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Müslüm Məmmədov (şərti adlı) gecə saatlarında hava limanına gələrək dava-dalaş salmağa, yüksək səslə söyüşlər söyməyə başlayıb. Hava limanında xidmət aparan polislər tərəfindən saxlanılan 65 yaşlı kişi daha sonra idarəyə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və Naxçıvan şəhər Məhkəməsinə göndərilib.

Məlum olub ki, aeroportda dava salan kişi həmin vaxt Bakıya getmək istəyirmiş və spirtli içinin təsiri altında olub.

O, ifadəsində deyib:

“Dekabrın 1-də qohumumun ailəsində olan toy məclisində iştirak etdim. Orada spirtli içki qəbul etdim. Sonra qardaşım oğluna məni gecə saat 02:05 reysinə Bakı şəhərinə getmək üçün biletim olduğunu bildirdim. O, məni hava limanına gətirdi. Hava limanında biletin vaxtına çox qaldığı üçün vaxtını dəyişdirmək üçün bilet satışı kassasının qarşısına gəldim. İçəridə olan isti spirtli içkinin təsirini biraz da artırdığı üçün artıq şüurumu itirərək etdiyim hərəkətləri dərk etmədim. Polisin məni saxlayaraq, şöbəyə gətirməsindən xəbərim olmayıb. Səhər şöbədə ayıldım, mənə nə baş verdiyini dedilər”.

Məhkəmədə bildirilib ki, yaşı 65 olmuş şəxslər inzibati xətaya görə həbs edilmirlər. Bu səbəbdən Naxçıvan şəhər Məhkəməsi 1958-ci il təvəllüdlü M.Məmmədovu 150 manat cərimə edərək sərbəst buraxıb. /publika.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---