Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR




      Bölmə: Şou Tarix: 09.12.2023 / 21:35

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova haqqındakı iddialara cavab verib.

RUPOR.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Canana Həmidova sosial media hesabında bu sözləri yazıb: "İnsan yalana görə atasının goruna lənət oxutdura bilərmiş. Atana mən nəzarət edirdim, evdə tək qoyub getmişdin. Biz 14-cü onlar isə aşağı mərtəbədə qalırdı. Xəstə kişinin aşağı düşüb yeməyini verirdim. Qapını açmırdı, içki içib, mən görməyim deyə içki şüşəsini gizlədirdi. Deyirdim ki, sizi içki öldürəcək. Ürəyinizə aparat yerləşdiriblər, yazıqsınız. Mətanət İsgəndərli, bu yalanlarla özünü cəhənnəmdə alovlandırmağa apardın. Məni çox danışdırma yoxsa bütün olanları açıb ortaya qoyacam. Sizin yalanlarınızdan iyrənirəm. Anamın arxasınca yalanlar danışdın. Onu ruhu səni tutsun. Məni xəstə oğlunla evləndirdin ki, onun başını qatım. Bu da mənim Allah yolunda etdiyim yaxşılıq idi. Oğlun bütün günü ağlayırdı ki, sizin ailədə isti ocaq, hörmət gördüm. Uşağını başından eləmək üçün bizə yalvardın ki, Moskvaya aparın. Sən kim idin ki, fanatın olum. Mən Rusiyada yaşayırdım, azərbaycanlı müğənnilərdən heç kimi tanımırdım.

Səni Allahın məhkəməsinə tapşırmışam və cəzan çox böyük olacaq. Bir ananın ahı yerdə qalmayacaq. Mən heç kimdən qorxmuram və balalarım üçün mübarizə aparan anayam. Məni heç kim yıxa bilməz. Hər dediyin şər-böhtandan üzü ağ çıxmağa hazıram".

Qeyd edək ki, Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində keçmiş gəlini haqqında bu sözləri deyib: "Canana bizdən ona düşən vəsaiti alıb. Evlilik dövürlərində həyat yoldaşı nə alıbsa, ondan ona pay verilib. Onun gözü mənim evimdədir. Kaş beş evim olardı, birini uşaqlara qurban edərdim. Onun dərdi ev deyil. Dövlətin qanunlarına inanıram. Araşdırsınlar ki, bunun arxasında kim durur. O, sabah uşağı oğurlatdırıb, məndən pul istəyər. Hüquq-mühafizə orqanları, bizə yardım edin. Həyatımız təhlükədədir, Canana bizə yaşamağa imkan vermir".






SON XƏBƏRLƏR
31-05-2024, 13:04
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədədir
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək

---