Əhaliyə XƏBƏRDARLIQ - Ərzaq QİYMƏTLƏRİ artacaq




      Bölmə: İqtisadiyyat Tarix: 08.08.2023 / 09:59

2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiyanın 10,4 % civarında olacağı proqnozlaşdırılıb. Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

 İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulub, ancaq Nazirlik qeyd edir ki, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla inflyasiyanın 10,4 % səviyyəsində olacağı proqnozlaşdırılıb. Qeyd edək ki, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur. 

Bəs inflyasiya faizinin yüksəlməsinin səbəbi nədir və bu qiymət artımına səbəb olacaqmı? 

Bu barədə Referans.az-ın sorğusunu cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, inflyasiyanın artımı ərzaq məhsullarında və ümumən ölkədə qiymət artımına səbəb olacaq: “İqtisadi ədəbiyyatda inflyasiya elə qiymət səviyyəsinin artması deməkdir. Yəni inflyasiya artıq qiymətlərdə artım müşahidə olunduğu üçün qaldırılır. Əslində inflyasiya keçən illə müqayisədə aşağı düşüb. İnflyasiya keçən ilə nisbətən zəifliyib. Amma dünyadakı zəifləmə tempinə baxanda və Azərbaycana baxanda görürük ki, bu gözlənilənə uyğun olmayıb. Hökumət də bunun azalacağını gözləyirdi, lakin daha az azalıb və hökumətin proqnozlaşdırdığı rəqəmdən daha yüksək olub”.

 İqtisadçı bildirib ki, inflyasiyanın artımı sadəcə dünyada baş verən iqtisadi prosseslərlə əlaqədar deyil. Onun sözlərinə görə, ölkədə baş verən subyektiv səbəblər də inflayasiyanı artıran amillərdir: “Hazırda dünyada da ciddi inflyasiya var. Ölkə başçısı ilk yarımillik müşavirədə də inflyasiya ilə bağlı öz fikirlərini dedi. Yəni burada müxtəlif amillər mövcuddur ki, onlar inflyasiyanın artımına səbəb olur. Həm də ölkə daxilində iqtisadiyyatın strukturunda ortaya çıxan məsələlər var. Ölkəyə mal gətirən bir neçə böyük oyunçu var və onlar çox ləng şəkildə qiymət azalmasını əks elətdirirlər”. 

Rəqabət mühiti zəif olduğuna görə, idxalda ciddi manapoliya olduğuna görə və bir neçə qrupun əlində ciddi təmərküzləşmə getdiyinə görə burada belə problemlər baş verir – deyə Xalid Kərimli qeyd edib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---