Yayılmış öskürəklə bağlı həkimdən xəbərdarlıq: Qansızma da ola bilər




      Bölmə: Xəbər Tarix: 08.08.2023 / 12:03

“Bu uşağın gözünə və ətrafına olan qansızmanın səbəbi zədələnmə, yıxılma deyil. Səbəbi güclü öskürəkdir. Öskürəyin isə səbəbi göyöskürəyə bənzər Parapertussis öskürəyidir. İndi görün ki, göyöskürəyəbənzər öskürək belə hala gətirirsə, göyöskürəyin özü nələr edə bilər".

RUPOR.AZ xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, göyöskürəklə, göyöskürəyəbənzər parapertissisin törədiciləri oxşar mikroblardır:

“Ona görə oxşar əlamətlər yaranır. Göyöskürəkdə uşaq daha çox boğulur, dili bayırda qalır, rəngi qaralır, göyərir. nəfəs alarkən xoruz səsinə bənzər səs çıxır. Göyöskürəyəbənzərdə isə uşaq qızarır, gözləri sulanır, qusana kimi öskürür və ya öskürərək öyüyür. Bundan əlavə, burundan qanaxma və gözə və gözətrafına qansızma ola bilər. Göyöskürəyin peyvəndi olsa da, göyöskürəyəbənzərin peyvəndi yoxdur. Çünki, göyöskürəyin fəsadları daha ciddi olur. Bu gözdə olan qansızma kimi beyinə də qansızma ola bilir. Ağciyər toxumasının cırılması, pnevmotoraks (plevra səhfələri arasına hava dolması), pnevmoniya, beynin davamlı hipoksiyaya( oksigen aclığı) məruz qalması kimi ciddi ağırlaşmalar ola bilir”.
Bütün bu əlamətlərin körpələrdə görülmə ehtimalının yüksək olduğunu deyən pediatr azyaşlıların iki aylıqdan etibarən göyöskürəyə qarşı peyvənd edilyini söyləyib:

“Mən etdirmirəm" deyənlərin hesabına bir gün göyöskürək də aktivləşəcək və onların böyümüş uşaqlarına ciddi zərər verməsə də, kiminsə körpəsinə həyati təhlükə yaşadacaq. Göyöskürək 100 gün öskürəyi adlandırılsa da 5 aya kimi uzana bilir. Çünki “Bordetella pertussis” mikrobunun “pertussin” toksininin nə vaxt bitəcəyi məlum olmur. Göyöskürəyəbənzər öskürək də bir aydan çox çəkir. Xüsusi müalicəsi yoxdur”. 

A.İsmayılzadənin sözlərinə görə, göyöskürəyəbənzər öskürək zamanı bəlğəmgətirici vemək olmaz:

“İnhalyasiya etməyin mənası olmur. Yüz faiz təsir etməsə də, antibiotik vermək olar. Tərkibində “Drozera” bitkisi olan dərmanlar müəyyən qədər təsir edir. “Ketotifen” və ya “montel” kimi antiallergik dərmanlar təsir etmir. Tutma olanda təmiz havaya çıxarın. Evdə uşağın otağında açıq qabda yod qoyun ki, buxarlansın”. /ölkə.az/ 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---