Moped idarə edən şəxslərin nəzərinə: Bunu etməyən... - RƏSMİ AÇIQLAMA




      Bölmə: Xəbər Tarix: 10.08.2023 / 11:13

Son zamanlar moped sürücülərinin şikayətləri sosial şəbəkələrdə gündəm olub.

RUPOR.AZ xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqust ayının 1-dən etibarən "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyin icrası ilə əlaqədar, dövlət qeydiyyatına alınması tələb olunan və bu prosesi etməyən, eləcədə sürücülük hüququ olmadan idarə edilən mopedlərə nəzarət məqsədi ilə gündəlik xidmət həyata keçirilir.

Onun sözlərinə görə, keçirilən tədbirlərin əsas mahiyyəti "Yol hərəkəti haqqında" Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarətdir:

"Bu tədbirlər qanunda edilən əlavə və dəyişikliklərin nəticəsidir. Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər həyata keçirilir və bu proses mütəmadi olaraq davam etdiriləcək. Necə ki digər nəqliyyat vasitələrini idarə edən bütün şəxslərin təsnifatlaşdırılmış formada idarə etdiyi nəqliyyat vasitəsinə uyğun sürücülük hüququ olmalıdır, yəni avtomobillərini, motolarını mütləq şəkildə dövlət qeydiyyatına aldırmalıdırlar, eləcə də hazırda tələb olunan qaydada mopedlər də bu prosesdə bərəbər hüquqları daşıyırlar. Bu, qanunla müəyyən edilibsə, qanuna nəzarət edilməsi də DYP-nin səlahiyyətidir və polislərimiz də öz üzərinə düşən işi görürlər. Zamanında qanuna dəyişikliklər nəzərdə tutulanda və bu proseslərə zərurət yarananda sosial şəbəkələrdə, eləcə də geniş ictimaiyyətdə bütün təbəqələrdən olan vətəndaşlarımız bu gün aparılan islahatların sosial sifarişini verməklə yanaşı, mövcud dəyişiklikləri israrla aidiyyəti dövlət qurumlarından tələb etməklə müvafiq sahədə nəzarət mexanizimlərinin dərinləşməsini haqlı narazılıq və narahatlıqlarını ifadə etməklə tələb ediblər. Bir daha bu növ nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, qanunda nəzərdə tutulan tələblərin icrasını məsuliyyətlə, qanunun aliliyi prinsipinə əməl etməklə, məsuliyyəti düzgün qiymətləndirməklə, lazımi zəruri prosesi təxirə salmadan icra etsinlər ki, əlavə çətinliklərdə yaranmasın".






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---