Bakıda 15 yaşlı qız evdən qaçdı, oğlanlarla nəşələndi, gecəyarısı isə... – ŞOK OLAY




      Bölmə: Hadisə Tarix: 12.08.2023 / 17:40

Bakının Səbail rayonunda 2001-ci il təvəllüdlü Rəvan Yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub.   

RUPOR.AZ-ın əldə etdiyi məlumata görə, Rəvan 2022-ci ilin aprelin 17-dən 18-nə keçən gecə yaşadığı mənzilində Vəfa ilə cinsi əlaqədə olub.   İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.   
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Vəfa ilə təxminən 2022-ci ilin martında tanış olub: “Vəfa dostum Vaqifin əsgərliyə getməsi ilə bağlı təşkil etdiyi qonaqlığa gəldi. Vaqifin təşkil etdiyi qonaqlıq qurtardıqdan sonra Vəfa həmin gün evə getmədi və birlikdə səhərə qədər şəhərdə gəzdik. Həmin vaxtdan bizim münasibətlərimiz başladı. Daha sonra 4-5 dəfə Vəfa ilə şəhərdə görüşərək birlikdə gəzdik”.   
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 17-də, saat 17 radələrində “Sahil” bağında olan zaman Vəfa gəlib: “Həmin vaxt Malik, Malikin qardaşı Əli, Adil, Fariz, Valeh, Adilin qardaşı Vüqar, Aydan və Təranə yanımızda olublar. Vəfa təxminən 1 saat yanımızda olduqdan sonra Adil ilə birlikdə getdi. Aprelin 18-də Adilə zəng vurdum və bayırda qaldığımı, bir baş nəşəm olduğunu ddim. Adil məni Səbail rayonu, “Malakan bağı” adlanan yerdən biraz aralıda yerləşən mənzil kirayə tutduğunu, ora gələrək gözləməyimi bildirdi. Adilin olduğu yerə getdim. Adil Vəfa ilə birlikdə məni qarşıladı. Biz Adilin kirayə tutduğu mənzilə getdik. Həmin vaxt bizdən başqa mənzildə heç kim olmayıb. Yolda Adil nəşəni çəkmək üçün “kazbek” aldı. Həmin mənzildə Adil ilə birlikdə gətirdiyim nəşəni çəkdik”.   
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra isə Vəfa Adilin aldığı araqdan içib: “Adil divanda, mən isə kravatda uzandım. Həmin vaxt Vəfa yanıma gəldi, kravatda uzandı. Vəfa “365 gün” kinosuna televizorda baxmağa başladı. Bir neçə dəqiqədən sonra Vəfa mənə tərəf döndü və məni qucaqladı. Biz öpüşməyə başladıq. Daha sonra Vəfa əynində olan paltarları soyundu, onunla cinsi əlaqədə olduq. Cinsi əlaqədə olduqdan sonra Vəfa hamama gedərək yuyundu. Sonra isə mən yatdım”.   Rəvan deyib ki, aprelin 18-də saat 12 radələrində yuxudan oyanıb: “Mənzilin sahibi bizə çıxmağımızı bildirdiyinə görə, həmin mənzildən çıxdıq. Həmin gün günorta saatlarında Vəfadan ayrıldım. Məni 39 polis bölməsinə çağıran zaman məlum oldu ki, Vəfa evdən gedəndən sonra valideynləri onu axtarırıb”.  
 İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəfanın sözlərinə görə, aprelin 15-də, saat 07 radələrində evdən dərsə getmək adı ilə çıxıb: “Dərsə getmədim və birbaşa rəfiqəmgilə getdim. Saat 18 radələrində rəfiqəmgildən çıxdım və Nərimanov rayonuna getdim. Orada tanışım Elmarla görüşdüm. Ona dedim ki, evə getmək istəmirəm. Elmar Nərimanovda qohumu olduğunu, onun evdə qalmağını təklif etdi. Mən də razılaşdım. Elmarla birlikdə onun qohumunun evinə getdim. Orada 2 gecə qaldıqdan sonra Elmarla Nərimanovda görüşdük. Biz söhbət etdikdən sonra saat 17 radələrində ondan ayrıldım və Sahil bağına getdim. Orada əvvəllər tanıdığım Rəvanla görüşdüm. Həmin vaxt Malik, Malikin qardaşı Əli, Adil, Fariz, Valeh, Adilin qardaşı Vüqar, Aydan və Təranə də Rəvanın yanında olublar. Saat 20 radələrində Adil ilə birlikdə marketdən tekila, energetik içkisi “ful” və digər əşyalar aldıq. Sonra Adilin kirayə tutduğu 1 otaqlı mənzilə getdik. Həmin mənzildə Adillə tekila və energetik içki içdik”.   
Zərərçəkmiş qeyd edib ki, onlar evdə olan zaman saat 23 radələrində Rəvan onların yanına gəlib: “Rəvan özü ilə nəşə gətirmişdi. O, Adil ilə birlikdə nəşəni çəkdi. Həmin vaxt kravatda uzanaraq televizora baxırdım. Sonra Adil divanda uzandı. Rəvan isə mənim yanıma gələrək kravatda uzandı. Rəvan yanıma uzanandan sonra arxamı ona çevirdim. Bir neçə dəqiqədən sonra ona tərəf döndüm. Rəvan məni qacaqladı, biz öpüşməyə başladıq. Daha sonra cinsi əlaqədə olduq”.   
O bildirib ki, aprelin 18-də saat 14 radələrində onlar həmin mənzildən çıxıblar: “Adil və Rəvandan ayrıldım. Sonra “Torqovıda” gəzməyə başladım. Həmin vaxt Elmarla görüşdüm. Elmar bildirdi ki, anam məni axtarır. Elmar məni qohumu Vüsalənin yaşadığı evə apardı. Vüsalə anama zəng vurdu, evlərinə çağırdı. Anam gəldikdən sonra olanların hamısını anama danışdım”.   Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.   

Məhkəmənin hökmü ilə Rəvan 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.  /teleqraf.com/ 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---