250 növü olan, kiloqramı 30 manata satılan sumaq necə əldə olunur?




      Bölmə: Xəbər Tarix: 12.08.2023 / 18:44

Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür.

Bu ərazidəki Kələnov kəndinin sakini Müslüm Həlimov uzun illərdir yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini bildirir. “Bir nəfər ağaclardan gün ərzində bir kisə, təxminən 20 kiloqramadək sumaq yığa bilər ki, bundan da emal olunduqdan sonra cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. Bu bitkinin toplanması zamanı diqqətli olmaq lazımdır. Sumağı əlcəklə yığmaq məsləhətdir. Əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində yaralar əmələ gətirə bilər”, - deyə Müslüm Həlimov söyləyib.

Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir. Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 30 manata, stəkanı isə üç manata satılır.

“Hər il biz 40-50 kilo sumaq hazırlaya bilirdik. Bu il quraqlıqdır deyə sumaq azdır. Sumaqdan biz bütün yeməklərdə istifadə edirik. Əsasən də yağlı təamlarla yeyilir. Turşluğu var. Təzyiqi aşağı salır. Mən sumaqdan dərman kimi istifadə edirəm. Bazarda belə keyfiyyətli sumaq tapmaq çətindir. Bəziləri bitkinin toxumlarını da üyüdüb sumağa qatır ki, məhsul çox olsun. Amma onda keyfiyyətsiz olur”, - deyə Kələnov kənd sakini Nəsibə Həlimova söyləyir. 250-yə yaxın növü olan sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, İsmayıllı, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.

Sumaq meyvəsinin tərkibində 18-20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.









SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---