300 manatdan baha satılan təyyarə biletinin vergisi - Bunu kim ödəməlidir?




      Bölmə: İqtisadiyyat Tarix: 18.08.2023 / 02:27

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakı-Ankara səfəri üçün qiyməti 369.36 manata olan biletin əsas hissəsi 352.66 manatdır, qalan 16.7 manat isə vergidir.

Nəzərə alsaq ki, xeyli müddətdir insanlar arasında AZAL-ın bilet qiymətlərinin baha olması ilə bağlı narazılıqlar var. Lakin bu qiymətlər ucuzlaşmaq əvəzinə, günü-gündən bahalaşır.

Əgər biletlər belə bahadırsa, əlavə olunan vergini vətəndaşın ödəməsi qanunla doğrudurmu?

RUPOR.AZ məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli deyib ki, Azərbaycanda hər bir sahədə olduğu kimi bu sahədə də vergiləndirmə var:

“İstənilən satış həcminin üzərinə vergilər də gəlir. Yəni biletlərin satışında vergi sistemi var. Hətta bəzi biletlərə yerüstü xidmətlərin qiymətləri də gəlir. Bu qanunla nəzərdə tutulub”.

İqtisadçı bildirib ki, Azərbaycanda vergi və gömrük siyasəti ciddi suallar var və bu suallar narazılıq doğurur:

“Eyni ilə bu sahədə problemlər var. Vergi qiymətlərinin bilet qiymətlərinin bahalaşmasına səbəb olması da insanları narahat edir”.

Onun sözlərinə görə, AZAL digər şirkətlərə ölkə bazarında işləməyə imkan versəydi, rəqabətli mühit yaranardı. Bu zaman qiymətlər bu qədər baha olmazdı: “Uçuş məsafəsi, sərf edilən aviakerosin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, tələbat kimi amillər qiyməti formalaşdırır. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfiyyatıdır. Çünki təyyarə ekipajı, maaşlar, çəkilən xərc eyni olur. Əgər rəqabət mühiti formalaşsaydı, müvafiq istiqamətlərə AZAL və “Buta”dan başqa 2-3 ayrı şirkət də uçardı. Tələb, qarşılamaq, qiymətlər də düşərdi. İnsanların seçim imkanı olmayanda məcburiyyətdən daha baha qiymətə bilet alırlar. Nəticə etibarilə AZAL, əsasən də yay mövsümündə Gürcüstan və Türkiyə istiqamətinə çoxlu tələb olduğunu nəzərə alaraq biletlərin qiymətlərini daha da qaldırır. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin et, sonra hələ bir ziyanla da işlə. Belə olmaz”.

Qeyd edək ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) Cahangir Əsgərov rəhbərlik edir.

Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur.

Cahangir Əsgərov 2010-cu ildə İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni, 2020-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib. /valyuta.az/







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---