Onkoloji xəstəliklərin bu qədər artmasının səbəbi nədir və müalicəsi İcbari Tibbi Sığorta zərfinə niyə salınmır?




      Bölmə: Xəbər Tarix: 18.08.2023 / 02:39

“Yaxın dövrdə onkoloji xəstəliklərin müayinə və müalicəsinin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi mümkün olacaq”.

Bunu Valyuta.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla onkoloji xəstəliklərin müəyinə və müalicəsinin hələ də sığortaya daxil edilməməsinin səbəbindən danışarkən deyib:

"Burada söhbət təkcə cərrahi əməliyyatdan getmir. Polikimyəvi terapiya, şüa müalicəsi də var ki, bunlar da bütövlükdə kombinə olunmuş müalicə deməkdir. Bunun özü isə kifayət qədər xərci olan bir sahədir. Bu sahə ilə bağlı bəzi dərman preparatları həddən artıq bahadır. Onkoloji xəstəlik də mərhələli şəkildə tibbi sığorta zərfinə daxil olacaq".

Onu da bildirək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin sayı günü-gündən artır.

Belə ki, ölkədə onkoloji xəstələrin sayı hazırda 100 minə yaxınlaşıb. Məlumata görə, 3600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Bu xəstəliyin son vaxtlar bu qədər artmasının səbəbi nədir?

Daxili xəstəliklər uzamanı Həbib Sahratov bildirib ki, xərçəng xəstəliyinin son zamanlar artmasının çoxlu səbəblərini söyləmək olar: “Bildiyimiz kimi, xərçəng xəstəliyinin etiologiyası təbabətə məlum deyil. Etiologiyasında çoxlu faktorlar göstərilir. İrsi, genetik faktorlar ön plandadır”.

Onun sözlərinə görə, ancaq bununla yanaşı genetik onkoloji xəstəliyi olmayan insanlarda da bu xəstəliklər aşkar olunur. Xəstəliyin etiologiyasında kimyəvi, radiasyon faktorlar ola bilir. Həkim deyir ki, zərərli vərdişlər, xüsusilə siqaretin uzun müddət istifadə olunması bəzi onkoloji xəstəliklərin yaranmasında önəmli faktor kimi görünə bilir: "Amma son illər bu xəstəliyin sürətlə yayılmasının bir çox səbəbləri ola bilər. Elm və texnologiyanın inkişaf etməsi, tibbi müayinələrin təkmilləşməsi, onkoloji xəstəliklərin aşkar olunması üçün müayinələrin daha da irəli getməsi xəstəliklərin sayının artmasına səbəb göstərilə bilər. Xəstəliklərin indi daha rahat aşkarlanması sayının çoxalması ilə nəticələnir."

Müsahibimiz vurğulayıb ki, eyni zamanda, son dönəmlərdə insanların hərəkətsiz yaşam tərzinə keçməsi, refinə olunmuş qidalardan daha çox istifadə olunması onkoloji xəstəliklərin sürətlə yayılmasına səbəb olan faktorlardır: “İnsanların idmanla daha az məşğul olması da onkoloji xəstəliyin yaranmasında önəmli faktorlardandır. Aydın məsələdir ki, əvvəlki 10-20-100 illərlə müqayisədə onkoloji xəstəliklər aşkar olunduqdan sonra indi müalicə üçün vacib inkişaflar müşahidə olunub. Onkoloji xəstəliklərin yaranmaması üçün düzgün qidalanmaq, sağlam həyat tərzi sürmək, rafinə olunmuş qidalardan az istifadə etmək və yaxud heç etməmək, idman etmək lazımdır. Bütün bunları onkoloji xəstəliklərin əmələ gəlməsinə əngəl olan faktorlar kimi hesab etmək olar”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---