Ərzaq qiymətləri bu tarixdən BAHALAŞACAQ




      Bölmə: İqtisadiyyat Tarix: 18.08.2023 / 17:14

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 3 ayda (may, iyun və iyul) ərzaq mallarının qiymətində aylıq müqayisədə enmə müşahidə edilir.

Mayda ərzaq malları, içkilər və tütünün qiymət səviyyəsi aprelə nisbətən 1,1 faiz enib. Qiymətlərdə enmə iyunda əvvəlki aya nisbətən 2,1 faiz, iyulda isə 1,5 faiz olub.  

Ümumilikdə, son 3 ay ərzində, yəni iyulda qiymət səviyyəsi aprelə nisbətən 4,63 faiz düşüb.

Yaz-yay mövsümündə ərzaq qiymətlərində enmənin olması adi haldır. Lakin bu il mövsümi amillərin təsiri ilə ərzaq qiymətlərinin enmə sürəti daha böyük olub.
Apardığımız müqayisə göstərir ki, son illərdə aylıq müqayisədə ərzaq qiymətlərinin 3 ay ardıcıl enməsi faktına yalnız 2020-ci ildə rast gəlinib. Həmin ildə ardıcıl 4 ay qiymətlər düşüb. Amma qeyd edilən tarixdə qiymət enməsinin sürəti 2023-cü ildə olduğu qədər böyük olmayıb. 

2020-ci ilin may, iyun və iyul aylarında ərzaq qiymətləri cəmi 3,46 faiz enib. Avqust ayını da nəzərə aldıqca dörd ay ərzində ucuzlaşma 3,94 faiz təşkil edib.
Müqayisədən görünür ki, bu ilin 3 ayında qiymətlərdə enmə sürəti 2020-ci ildə olan hətta dördaylıq ucuzlaşmadan daha böyükdür. 

Bu il yaz-yay mövsümündə qiymətlərin daha sürətlə enməsinin 2 əsas səbəbi var. Birinci səbəb xarici bazarlarda ərzaq qiymətlərinin uzun müddət enməsidir. BMT-nin açıqladığı Qlobal Ərzaq Qiymətləri İndeksi bir ildən çoxdur ki, düşür. Bu ilin iyulunda indeks ötən ilin iyuluna nisbətən 12 faiz geriləyib. Son bir ildə əsas ərzaq mallarından taxıl (14,5 faiz), ət (5 faiz), süd (20,6 faiz), bitki yağları (14,5 faiz) ucuzlaşıb. Yalnız şəkərin qiyməti 30 faiz yüksəlib. 

Xarici bazarlarda baş verən qiymət enməsi az və ya çox dərəcədə Azərbaycana da sirayət edir. 

Ərzaq qiymətlərinin aylıq müqayisədə sürətlə enməsinə təsir edən ikinci səbəb qiymət səviyyəsinin əvvəlki aylarda çox yüksəlməsidir. Qiymətlər çox yüksəldikdə kiçik təsirlər kifayət edir ki, növbəti aylarda qiymət enməsi baş versin. Bu il may, iyun və iyuldakı qiymət enməsinə də əvvəlki aylarda qiymətlərin çox yüksəlməsinin köməyi olub. 

Bəs avqustda da qiymət enməsi müşahidə edilə bilərmi? Bu, mümkündür. Çünki avqustda tərəvəz və meyvələrin ucuzlaşması davam edir. Bu vəziyyətdə ümumən ərzaq qiymətlərinin səviyyəsi enəcək. 

Lakin sentyabrdan mövsümün başa çatması ilə yenidən ərzaq qiymətlərinin yüksəlməsi ehtimalı var. (sfera.az)







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---