AQTA-dan "Kırlangıc" yağı ilə bağlı AÇIQLAMA




      Bölmə: Xəbər Tarix: 28.07.2023 / 20:04

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada və sosial şəbəkələrdə "Kırlangıc" yağlarının etiketlənməsi və təhlükəsizlik göstəriciləri ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirib.

AQTA-dan verilən məlumata görə, Türkiyə Respublikasında istehsal olunan "Kırlangıc" əmtəə nişanlı qarğıdalı yağları ölkəmizə 5 sahibkarlıq subyekti tərəfindən idxal edilir. Sözügedən məhsullar respublikamıza birbaşa istehsalçıdan yalnız "Sham-Fi International Trading Company” MMC tərəfindən gətirilir. İdxalçının sifarişi əsasında məhsulların üzərindəki etiket məlumatları türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq, etiketdə idxalçı müəssisənin də adı qeyd edilməklə, birbaşa idxal olunur. Digər idxalçılar isə sözügedən məhsulları qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq, Türkiyənin topdansatış bazarından gətirir. Həmin məhsulların qablaşdırılması üzərində yalnız türk dilində məlumatlar olduğu üçün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə və "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunun 7.3-cü yarımbəndinə uyğun olaraq, əlavə yerləşdirilən stiker vasitəsilə malların üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də yazılması Agentlik tərəfindən təmin edilir:

"Diqqətə çatdırırıq ki, idxal olunan eyni əmtəə nişanlı məhsulların qablaşdırılması üzərində mövcud olan dizayn fərqi idxalçı və istehsalçı müəssisələrin idxal tələbləri və şərtləri əsasında tərtib edilir. Eyni zamanda bildiririk ki, ölkəmizə gətirilən bütün qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, AQTA-nın nəzarət tədbirləri çərçivəsində sənəd, fiziki və eynilik nəzarəti həyata keçirildikdən sonra və yoxlama nəticələrinin uyğunluğuna əsaslanaraq məhsul partiyalarının idxalına icazə verilir və sertifikatlaşdırılır. Bu isə öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış məhsulların originallığına şübhə yaratmamalıdır.

İstehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olduğu təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər".

 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---