Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək - Foto




      Bölmə: Xəbər Tarix: 24.08.2023 / 21:45

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında klassik avtomobillərin sərgisi, avqustun 27-də isə yürüşü keçiriləcək.

RUPOR.AZ xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq sərgidə yürüş üçün qeydiyyatdan keçmiş nəqliyyat vasitələri, eləcə də Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərin bir qismi yer alacaq.

Avqustun 27-də isə klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcək.

Yürüşün marşrutu: Heydər Əliyev Mərkəzi – Gülarə Qədirbəyova küçəsi – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti - Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti –Bakı Ekspo Mərkəzi –“Sea Breeze” istirahət mərkəzi.

Ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək. Bu avtomobillərin hər birinin maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır. Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobillər həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət bəxş edəcək.

Yürüşdən sonra “Sea Breeze” istirahət mərkəzində klassik avtomobillərin sərgisi və tanınmış ifaçıların iştirakı ilə konsert təqdim olunacaq. Konsertdə sevilən müğənnilər - Aysel, Cin, Dilarə Kazımova, Eldar və Nigar, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov çıxış edəcəklər.

Əyləncə proqramına müxtəlif müsabiqələr, “Ən nizamlı sürücü”, “Ən unikal avtomobil”, “Ən rəngarəng geyim” və digər nominasiyalarda qaliblərə hədiyyələrin təqdimatı da daxildir. /axar.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---