Bakı küçələrində satılan Maraş dondurmaları təhlükəlidirmi?- VİDEO




      Bölmə: Xəbər Tarix: 27.08.2023 / 15:48

Yay aylarının vazkeçilməzi olan dondurmaları sevməyən olmaz. Xüsusilə də Maraş dondurmaları. Onların xüsusi qaydada satılması alıcıları daha çox cəlb edir. Bəs açıq halda yol qıraqlarında satılan bu dondurmalar nə qədər təhlükəsizdir?

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu növ dondurmalar ölkəyə yoxlanılıb buraxılır, sertifikatla təmin edildikdən sonra satışına icazə verilir. Satıcılar isə deyirlər ki, tərkibində istifadə olunan indriqentlər Türkiyənin Kahramanmaraş bölgəsindən gəlsə də, bu dondurmalar Azərbaycanda istehsal olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda dondurmaların satışına icazə verilir. Bundan əlavə, həmin qaydaların 20-ci bəndinə uyğun olaraq səyyar ticarət üçün digər tələblərlə yanaşı, sahibkarlar tərəfindən sanitariya normalarına əməl olunması tələbi də müəyyənləşdirilmişdir. 

Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a uyğun olaraq qida məhsulları temperatur rejiminə nəzarət etməyə imkan verən müvafiq avadanlıqlarda saxlanmalı, qida məhsulları ilə təmasda olan avadanlıqlar çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə olmalı, həmçinin təmiz saxlanılmalı və dezinfeksiya edilməlidir. Satıcı Zekeriya Baskanın sözlərinə görə, bu növ dondurmalar istehsaldan sonra da emal prossesini davam etdirir. Satıcının sözlərinə görə, dondurmalar normalara uyğun satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu dondurmaların satışı zamanı istehlakçıların hüquqları kobud şəkildə pozulur. Çünki Maraş dondurmaları açıq satıldığından üzərlərində tərkibi haqqında heç bir bildiriş olmur. Eyyub Hüseynov onu da dedi ki, bu dondurmalarin baha olmasının səbəbi Türkiyədən gəlməsi, əyləncəli üsulla satılması ilə əsaslandırılır. Mütəxəssis məsləhət görür ki, vətəndaşlar Maraş dondurması alarkən satıcıdan istehsalçının kimliyi və məhsulun tərkibi barədə bilgilər almalıdırlar. Şübhəli məqamla rastlaşdıqda isə mütləq müvafiq qurumlara məlumat verməldirlər.







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---