“Ukrayna adı ilə satılan duzlar SAXTADIR” – XƏBƏRDARLIQ




      Bölmə: Xəbər Tarix: 31.08.2023 / 10:18

Dövlət Statistika Komitəsinin 7 aylıq hesabatına əsasən, bu ilin yanvar-iyul aylarında ölkədə 40,6 min ton qida duzu istehsal olunub. Başqa sözlə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 0,7 faiz və ya 284 ton artıb.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda artım 43,7 faiz və ya 2,1 min ton təşkil edib. İyul ayında 6,9 min ton qida duzu istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 2,4 min ton təşkil edib.

RUPOR.AZ-ın məlumatına görə, bu artımı müsbət hal kimi dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda istehsal olunan bu duzun 65 faizi neft sənaye sahəsinə yönəldilir:

“Əsasən də qazmada və digər məsələlərdə istifadə olunur. İstehsalın artımının əsas səbəbi, sənayenin inkişafı ilə bağlıdır. Somali kimi dövlətdə əhalinin bu məhsula tələbatı 70 faizə qədərdir. Ölkəmizdə isə bu 35 faizə yaxındır ki, bu da sənayenin inkişafının əsas göstəricisidir. Digər ölkələrdə də duz amili bu baxımdan həmişə öndə olub”.

Müsbət addımlarla yanaşı, narahatedici bir vacib məsələni diqqətə çatdıran, AİB sədri bildirdi ki, bu gün ölkədə xeyli miqdarda saxta duz məshulunun da istehsal olunuğunu bildirdi:

“Artıq bir neçə ildir ki, Ukraynadan ölkəmizə duz idxal olunmur, amma qərb bölgəsindəki əsas satış məntəqələrində bu ad altında saxta məhsullar satılır. Digər narahatedici məqam isə odur ki, bəzi duzların tərkibi natruim-xlorla zəngindir. Hazırda satışda bir kiloqramı həm 8 manata, həm də 0.60 manata olan duzlar var. Bunların da tərkibində natruim-xlor var.

E.Hüseynov onu da diqqətə çatdırdı ki, azad bazar iqtisadiyyatının imkanlarından istifadə edən bəzi işbazlar digər ölkələrdən də saxta məhsullar gətirməyə başlayıblar:

“Bazarlarda və satış məntəqələrində “Altayki sol”, “Morskoy sol” adı altında açıq satış həyata keçirilir. Bunların çoxunun tərkibində yod yoxdur. Halbuki, yod çatışmamazlığı xəstəlikləri bu cür hallar səbəbindən yayılır. “Yod çatışmamazlıqları xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması” haqqında qanunun 8.3-cü maddəsinə əsasən, ölkədə bu cür məhsulların satışı qadağandır. Ancaq təəssüf ki, bu gün əmtəə bazarında olan duzların 10 faizdən çoxu duzsuzdur və yüksək qiymətə satılır”.

Əhaliyə çağırış edən ekspert, alış-veriş edərkən aldanmamalarını və diqqərli olmalarını tövsiyə etdi:

“Əhali bilməlidir ki, duzun tərkibindəki natrium-xlor yeməyə heç bir dad vermir, əksinə, insan orqanizmi üçün çox təhlükəlidir”.

AİB sədri, Naxçıvanda istehsal olunan duz məhsullarından da narazı olduğunu dilə gətirdi:

“Biz bu məhsulun keyfiyyətindən razı deyilik. Rəngi çox qaradır və təmizlənmə aparılmır. İstehsalçıya çağırış edərək bildirirəm ki, bu məhsulu duz standartlarına uyğun, tam təmizlənmiş, ağ və kristal şəklində istehsal etsinlər. Məhsul mütləq qara elementlərdən təmizlənməlidir”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---