Sumqayıt-Bakı qatarındakı sıxlığa rəsmi reaksiya - VİDEO




      Bölmə: Sosial Tarix: 11.09.2023 / 13:31

Sumqayıt-Pirşağı-Bakı reysi üzrə qatarların cədvəlində edilən dəyişiklik sıxlığa səbəb olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yenilənmiş hərəkət qrafiki sərnişinlərin təklifləri nəzərə alınmaqla yeni tədris ilində ictimai nəqliyyatın üzərinə düşən yükün azaldılmasına, insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına hesablanıb:

“Abşeron dairəvi dəmir yolu xətti üzrə səhər saat 07:50 və 07:55 reyslərinin vaxtının dəyişdirilməsi və digər reyslər üzrə də hərəkət qrafikinin optimallaşdırılması cədvəl üzrə əlavə 8 reysin təyin edilməsinə, bunun nətisəsi kimi də gündəlik olaraq daha 2000 sərnişinin sürətli qatarlarla hərəkətinə imkan yaradır.

Bu vaxta qədər saat 07:50 və saat 07:55 reysləri ilə hərəkət edən sərnişinlərimiz 8 sentyabr tarixindən etibarən saat 07:35-ə təyin edilmiş yeni reys və saat 07:40-dakı ənənəvi reys ilə səfər edə bilərlər.

Həmçinin yenilənmiş qrafikə əsasən sərnişinlərimiz Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə saat 08:10-a təyin olunmuş yeni reys ilə də mənzil başına vaxtında çata biləcəklər.

Sumqayıtdan paytaxta səfər edən sərnişinlərin səhər saatlarında Bakıya vaxtında çatdırılması üçün Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı 6-dan 5-ə endirilərək daha qısa marşrut olan Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 2 yeni reys əlavə edilib”.

Rəsmi məlumatda qeyd edilib ki, Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə qısaldılmış Bakı-Xırdalan-Bakı və Bakı-Koroğlu-Bakıxanov-Sabunçu-Bakı marşrutu üzrə qatarlar hərəkət edir:

“Bu qısaldılmış marşrutlar Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında artmaqda olan sərnişin sıxlığının tənzimlənməsini həyata keçirir”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---