Universitetlərin boş qalan plan yerlərinə qəbul nəticələri elan olundu




      Bölmə: Sosial Tarix: 11.09.2023 / 19:02

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) RUPOR.AZ-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12464 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26 faiz dolub. Cəmi 351 yer (2.74 faiz) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri DİM-in saytında yerləşdirilib.
Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta təhsil bazasında kolleclərə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında elektron formada (PDF) təqdim olunacaq.
Ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) sentyabrın 14-ü saat 11:00-dan sentyabrın 20-si saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə sentyabrın 14-ü saat 11:00-dan sentyabrın 25-i saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---