Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadınlarla bağlı məlumat yaydı


  • 13:19 / 07 03 2021 |
  • Bölmə: İqtisadiyyat


Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.

Nazirlikdən "Rupor"a verilən məlumata görə, altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında  işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.

“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında,  24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır. 




Oxşar xəbərlər