"Buradan beynəlxalq qurumlara səslənirəm" - Nazir müavini


  • 20:39 / 13 04 2021 |
  • Bölmə: İqtisadiyyat


"Bu şərəfi bizə bəxş etdiyinə görə cənab Prezidentimizə, rəşadətli ordumuza təşəkkür edirəm. Bu ərazilər bizim üşün 30 il ərzində əlçatmaz olub. Bu gün sizıə artlq ikinci səfərdir görüşürük. Ötən dəfə biz Zəngilana səfər etdik. Artıq bu gün biz Cəbrayıla və Qubadlıya səfər edirik. Məqsədimiz odur ki, bu barbarların törətdiyi ekoloji terroru siz öz gözlərinizlə görəsiniz".

"Rupor"un əməkdaşı xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 
Firdovsi Əliyev bildirib. 

Nazirlin təşkilatçılığı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlıya səfər edən KİV nümayəndələrinin iştirak etdiyi ağacəkmə kampaniyası zamanı Mahrızlı kəndidə açıqlama verən nazir müavini erməni vəhşilyinin dünayay çatdırılmasında mətbuatın önəmli rola malik olduğunu xatırladıb: 

"Yol boyu çox ərazilərdə kəsilmiş ağaclar, dağıdılmış bağlar gördük.  Hazırda biz Mahrızlı kəndindəyik. 70-ci illərin əvvəllərində burada tut plantasiyaları olub. Bu ərazi Azərbaycanda ipəkçiliyin, baramaçılığın inkişafı ilə məhşur idi. Çox münbit şəraitə zəmin olan diyardır. Burada, akasiya ağacları əkildi. Şərq çinarı, tut ağaclarının toxumu səpildi. İşğala qədər 228 min hektar ərazi flora, fauna ilə zəngin olub. Bu qədər ərazi işğala qədər yaşıllıqla örtülmüşdü. Peyklə çəkilən görüntülərə və qeyd olunan məlumatlara görə 54 min hektar ərazi terrora məruz qalıb. Bu ilkin müşahidələrdir. Monitorinqlər aparıldığı zaman bu rəqəm artacaqdır. Meşə ərazisinə daxil olmayan  ərazilərimiz vardır ki, 43 min hektar ərazmiz olan iki dövlət təbiət qoruğumuz vardı. Bəsit çay dövlət qoruğu dünyada analoqu olmayan qoruqdur. Gördüyünüz o şərq çinarının diametri 3 metrə yaxın ağacdan əsər-əlamət qalmamışdı. Onlar yaxşı bilirdi ki, bu torpaqlar onların deyil. Ona görə də ekoloji terror törətmişdilər. Onlar nəinki, ekoloji təbiətə həmçinin bəşəriyyətə qənim kəsilən ünsürlərdir. Onlar bizim floramıza, faunamıza zərər vurmuşlar. Bu yaxında biz Oxçuçayda olduq. Onlar Missaflaşdırma zavodunun bütün tullantılarını ora atırlar. Onlar məsuliyyət daşımırlar. Mən buradan beynəlxalq qurumlara səslənirəm. Azərbaycan 20 yaxın beynəlxalq konvensiyanın tam hüquqlu üzvüdür. Haradadır onların öhdəlikləri? Təbii ki, onlar bizimlə gəlməli, ermənilərin törətdiyi terroru gözləri ilə görməlidirlər. Artıq bu torpaqların sahibi gəlib biz onlara sübut etdik ki, bu torpaqların sahibiyik". 

Dilşad








Oxşar xəbərlər