Bakı-İstanbul-Bakı reysləri bərpa edilir?


  • 17:28 / 02 06 2020 |
  • Bölmə: İqtisadiyyat


Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.

“Rupor” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən "Report"a bildirilib.



Oxşar xəbərlər