Mobil operatorların gəlirləri açıqlandı


  • 22:26 / 07 06 2021 |
  • Bölmə: İqtisadiyyat


2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda mobil telefon rabitəsi sahəsində əldə edilən gəlirlər 300,9 milyon manat təşkil edib.

"Rupor" xəbər verir ki, ümumilikdə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 3,8 faiz artaraq 716,2 milyon manat təşkil edib.

Xidmətin 75,2 faizi əhali tərəfindən ist ehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 300,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.



Oxşar xəbərlər